Floridada qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub

Floridada qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub Bakı. 8 oktyabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatının rəhbərliyi Maykl qasırğası səbəbindən 67 dairədən 26-da fövqəladə vəziyyət rejimi elan edib.
Digər ölkələr
8 Oktyabr , 2018 08:27
Floridada qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub

Bakı. 8 oktyabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatının rəhbərliyi "Maykl" qasırğası səbəbindən 67 dairədən 26-da fövqəladə vəziyyət rejimi elan edib.

“Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Rik Skottun saytında məlumat yerləşdirilib.

Bildirilir ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması işinə yardım göstərmək üçün ABŞ Milli Qvardiyasının 500 üzvü hazırlıq vəziyyətinə gətirilib.

Bundan əvvəl Meksikanın Kintana-Roo ştatı yaxınlığında "Maykl" tropik qasırğasının formalaşdığı məlum olub.

Son xəbərlər

Orphus sistemi