Floridada qasırğa nəticəsində 7 milyona yaxın insan işıqsız qalıb

Floridada qasırğa nəticəsində 7 milyona yaxın insan işıqsız qalıb 19,5 min mütəxəssis elektrik enerjisinin bərpası ilə məşğul olur
Digər ölkələr
12 Sentyabr , 2017 01:55
Floridada qasırğa nəticəsində 7 milyona yaxın insan işıqsız qalıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatında "İrma" qasırğası nəticəsində təqribən 6,5 mln. istifadəçi işıqsız qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Florida Power and Light" enerji şirkətinin idarə heyətinin sədri Erik Sileyciyə istinadən "Associated Press" məlumat yayıb.

Onun sözlərinə görə, hazırda elektrik enerjisinin bərpası ilə şirkətin 19,5 min mütəxəssisi məşğul olur. Qasırğanın vurduğu ziyanın qiymətləndirilməsi davam edir. Şirkət rəhbəri bildirib ki, işlərin bitməsinə bir neçə gün qalıb.

Son xəbərlər

Orphus sistemi