Floridada qasırğa ilə bağlı fövqəladə vəziyyət tətbiq olunur

Floridada qasırğa ilə bağlı fövqəladə vəziyyət tətbiq olunur ABŞ prezidenti Donald Tramp Dorian qasırğasının yaxınlaşdığı Florida ştatı ərazisində fövqəladə vəziyyətin tətbiqi ilə bağlı fərman imzalayıb.
Digər ölkələr
30 Avqust , 2019 20:58
Floridada qasırğa ilə bağlı fövqəladə vəziyyət tətbiq olunur

ABŞ prezidenti Donald Tramp "Dorian" qasırğasının yaxınlaşdığı Florida ştatı ərazisində fövqəladə vəziyyətin tətbiqi ilə bağlı fərman imzalayıb.

“Report” Ağ Evin Mətbuat xidmətinə istinadən xəbər verir ki, sənəddə bölgə və məhəlli hakimiyyət qurumlarının vəsaitinə əlavə olaraq fövqəladə halların qarşısını almaq üçün federal yardım ayırmaq nəzərdə tutulur.

Milli Qasırğaları Müşahidə Mərkəzinə görə “Dorian” qasırğası bu həftənin sonu - gələn həftənin əvvəlində Florida sahillərinə çatmalıdır. Həmin vaxt qasırğanın güclənərək Saffir - Simpson cədvəlinə görə beş dərəcədən dördüncü səviyyəyə çatacaq.

Son xəbərlər

Orphus sistemi