Floridada konqresmenin ofisi təxliyyə olunub

Floridada konqresmenin ofisi təxliyyə olunub Bakı. 24 oktyabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatının Sanrayz şəhərində konqresmen Debbi Vasserman-Şultsa məxsus ofis partlayış təhlükəsi səbəbindən təxliyyə olunub.
Digər ölkələr
24 Oktyabr , 2018 22:25
Floridada konqresmenin ofisi təxliyyə olunub

Bakı. 24 oktyabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatının Sanrayz şəhərində konqresmen Debbi Vasserman-Şultsa məxsus ofis partlayış təhlükəsi səbəbindən təxliyyə olunub.

“Report” xəbər verir ki, bu barədə "WPLG Local 10" telekanalı məlumat yayıb.

Şəhər polisi nümayəndəsinin məlumatına görə, binada qadın siyasətçiyə ünvanlanmış və içində partlayıcı maddənin olduğu ehtimal edilən paket aşkar edilib.

Təxliyyə olunmuş binada Vasserman-Şultsun ofisi ilə yanaşı şəhər administrasiyası da yerləşir.

Bundan əvvəl ABŞ-ın keçmiş Prezidenti Bill Klinton və həyat yoldaşı, sabiq dövlət katibi Hillari Klintonun yaşadığı evə içində partlayıcı olan bağlama göndərilib.

Son xəbərlər

Orphus sistemi