ABŞ-ın Florida ştatının Surfsayd şəhərində çökən 12 mərtəbəli binadan daha 4 nəfərin meyiti çıxarılıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd əyalətinin meri DaniellaLakin Kava keçirdiyi mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, Elza tropik fırtınası təhlükəsi xilasedicilərin işini çətinləşdirib.
Qeyd olunur ki, uçqunda ölənlərin sayı artıq 36-ya yüksəlib, itkin düşənlərin sayı isə hələki 118 nəfərdir.