Bakı. 9 sentyabr. REPORT.AZ/ "İrma" qasırğasının sahilə yaxınlaşması səbəbindən ABŞ-ın Florida ştatından 5,6 milyon nəfər təxliyyə edilib.
"Report" "Breaking VOP"a istinadən xəbər verir ki, qasırğa artıq həftə sonu ştat sahillərinə çata bilər.
Florida və ona yaxın ştatlarda fövqəladə vəziyyət rejimi elan olunub, bir sıra rayonların əhalisi təxliyyə edilib.