ABŞ-ın qırıcı təyyarəsi Florida sahillərində qəzaya uğrayıb

ABŞ-ın qırıcı təyyarəsi Florida sahillərində qəzaya uğrayıb Təyyarənin pilotu təxliyə edilib
Digər ölkələr
10 Avqust , 2017 02:16
ABŞ-ın qırıcı təyyarəsi Florida sahillərində qəzaya uğrayıb
"RİA Novosti"

Bakı. 10 avqust. REPORT.AZ/ ABŞ-ın "Northrop F-5" qırıcısı təlim uçuşu zamanı Florida ştatı sahillərində qəzaya uğrayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, təyyarənin qəzaya uğraması barədə xəbər yerli vaxtla saat 12:40-da daxil olub. Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilir ki, "Northrop F-5" təlim uçuşu zamanı okeana düşüb. 

Təyyarənin pilotu sahil mühafizəsinin əməkdaşları tərəfindən tapılıb və uğurla təxliyə edilib. Pilot xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi