Florida sahilinə 4,5 m hündürlükdə qasırğa dalğaları çatıb, Mayami şəhərinin bir hissəsi suyun altında qalıb - VİDEO

Florida sahilinə 4,5 m hündürlükdə qasırğa dalğaları çatıb, Mayami şəhərinin bir hissəsi suyun altında qalıb - VİDEO "İrma" qasırğası nəticəsində Florida ştatında ən azı üç nəfər həlak olub
Digər ölkələr
11 Sentyabr , 2017 11:17
Florida sahilinə 4,5 m hündürlükdə qasırğa dalğaları çatıb, Mayami şəhərinin bir hissəsi suyun altında qalıb - VİDEO
BBC.com

Bakı. 11 sentyabr. REPORT.AZ / "İrma" qasırğası Florida ştatının materik hissəsinə çatıb. Sahilə 4,5 m hündürlükdə dalğalar aşıb.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, üç milyondan artıq ev işıqsız qalıb.

Məlumata görə, Mayami şəhərinin bir hissəsi hazırda suyun altındadır. Təbii fəlakət nəticəsində ən azı üç nəfərin həlak olduğu bildirilir.

Mayami şəhərinin bəzi rayonlarını su basıb. Xüsusilə, Brikell maliyyə rayonu su altında qalıb. Mayami şəhərinin polis rəisi bildirib ki, şəhərin mərkəzi 60-90 sm-lik suyun altında qalıb.

Florida ştatının hakimiyyəti istirahət günlərində təqribən 6,3 milyon əhalinin təxliyyəsi barədə göstəriş verib.

"İrma" qasırğası bir müddət öncə Karib hövzəsi ölkələrində böyük dağıntılar yaradıb, ən azı 28 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi