Bakı. 10 sentyabr. REPORT.AZ/ "Florens" qasırğası ABŞ-ın cənub-şərq sahillərinə doğru hərəkət edir.
"Report" TASS-a istinadən xəbər verir ki, qasırğa gücünü artıraraq Saffir-Simpson şkalası üzrə ikinci kateqoriyaya çatıb.
ABŞ-ın Qasırğaların İzlənməsi üzrə Milli Mərkəzinin məlumatına görə, hazırda qasırğanın episentri Cənubi Antil adalarından 860 km şimal-şərqdə yerləşir. Küləyin sürəti saatda 165 km-ə çatır. "Florens"in ABŞ sahillərinə sentyabrın 13-də yaxınlaşacağı gözlənilir.
"Florens"in hərəkəti istiqamətində olan üç ştatda - Virciniya, Şimali və Cənubi Karolinada fövqəladə vəziyyət tətbiq edilib.