​Finlandiyanın XİN rəhbəri: "Avropa İttifaqına kor-koranə inanmağa dəyməz"

​Finlandiyanın XİN rəhbəri: "Avropa İttifaqına kor-koranə inanmağa dəyməz" "Avropa Komissiyası Polşaya dərs keçmək istəyir"
Digər ölkələr
14 Yanvar , 2016 23:55
​Finlandiyanın XİN rəhbəri: Avropa İttifaqına kor-koranə inanmağa dəyməz

Bakı. 14 yanvar. REPORT.AZ/ Finlandiyanın xarici işlər naziri Timo Soyni Polşanın müdafiəsinə qalxaraq Avropa İttifaqını (Aİ) tənqid edib.

"Report" xəbər verir ki, bu barədə o öz bloqunda yazıb.

Nazir bildirib ki, Brüsseldə oturan məmurlar xalq tərəfindən seçilən siyasətçiyə hansı islahatları aparmalı olduğunu göstəriş verə bilməz. O qeyd edib ki, "tarix Aİ-yə kor-koranə inananları artıq öyrətməli idi".

Timo Soyni bu şəkildə Polşada Aİ normalarına uyğun qəbul olunan qanunların Avropa Komissiyası tərəfindən yoxlanmasına başlanması ilə bağlı vəziyyəti şərh edib.

"Polşada azad və ədalətli seçkilər keçirilib. Hakimiyyət dəyişib və seçkilərin nəticələri artıq ölkədə aparılan siyasətə öz təsirini göstərib. Avropa Komissiyası Polşaya dərs keçmək istəyir. Görünür tarix Aİ-yə kor-koranə inanan insanlara heç nə öyrətməyib", – deyə Soyni bildirib.

Polşa prezidenti Andjey Duda hökumətə ictimai tele-radio şirkətlərinə birbaşa rəhbər təyin etmək hüququ verən qanun imzalayıb.

Son xəbərlər

Orphus sistemi