Finlandiyanın keçmiş prezidenti vəfat edib

Finlandiyanın keçmiş prezidenti vəfat edib Mauno Koyvisto 93 yaşında dünyasını dəyişib
Digər ölkələr
13 May , 2017 01:17
Finlandiyanın keçmiş prezidenti vəfat edib

Bakı. 13 may. REPORT.AZ/ Finlandiyanın keçmiş prezidenti Mauno Koyvisto 93 yaşında vəfat edib.

"Report"un məlumatına görə, bu barədə hazırkı fin lideri Sauli Niinistyo administrasiyasının saytı məlumat verib.

O, 1982-ci ildən 1994-cü ilə qədər dövlət başçısı postunu tutub. Fin dövlət xadimi, fəlsəfə elmləri doktoru (1956-cı ildən) olan Mauno Henrik Koyvisto Finlandiyanın 9-cu prezidenti olub.

Koyvistoya qədərki 12 il ərzində Finlandiya iqtisadi tənəzzül yaşayıb. Lakin o, ölkəni bu böhrandan çıxara bilib. 

Son xəbərlər

Orphus sistemi