“Rusiyadan gələ biləcək təhlükəyə hazır olmalıyıq”.
“Report” xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo xarici KİV-ə açıqlamasında deyib.
O bildirib ki, Rusiya aqressiv və gözlənilməz addımlar ata bilər: “Biz buna hazır olmalıyıq. Bununla belə, hazırda birbaşa təhlükə görünmür”.
Baş nazirin sözlərinə görə, Finlandiya qələbəyə qədər Ukraynanı dəstəkləməkdə davam edəcək: “Ukraynada müharibə artıq iki ildir ki, davam edir. Bu müddət ərzində Finlandiyanın Ukraynaya dəstəyi azalmayıb. Avropada və Qərbdə yorğunluq hiss olunmasına baxmayaraq, biz eyni mövqedən çıxış etməyə davam edirik”.