Finlandiya polisi naməlum şəxsin insanlara hücum etməsinə terror aktı kimi baxmır - YENİLƏNİB-2

Finlandiya polisi naməlum şəxsin insanlara hücum etməsinə terror aktı kimi baxmır - YENİLƏNİB-2 Polis hücum edən şəxsi yaralayaraq ələ keçirib
Digər ölkələr
18 Avqust , 2017 22:26
Finlandiya polisi naməlum şəxsin insanlara hücum etməsinə terror aktı kimi baxmır - YENİLƏNİB-2

Bakı. 18 avqust. REPORT.AZ/ Finlandiya polisi ölkənin cənub-qərbindəki Turku şəhərində naməlum şəxsin insanlara bıçaqla hücum etməsinə terror aktı kimi baxmır.

“Report” "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

"Polis hazırda hadisəyə terror aktı kimi baxmır. Polis və Sərhəd Xidməti ölkənin bütün ərazisində təhlükəsizlik tədbirlərini gücləndirib", - deyə nazirliyin açıqlamasında bildirilir.

Bundan əvvəl Finlandiyanın DİN rəhbəri Paula Risikko "Yle" teleşirkətinə bildirib ki, hakimiyyət orqanları hələlik hadisəni terror aktı qəbul etməyiblər. O, hadisəni törədən şəxsin əcnəbi olduğunu qeyd edərək bildirib ki, əvvəlcə cinayətkarın kimliyini müəyyənləşdirmək lazımdır. 


***20:21

 Finlandiyanın cənub-qərbindəki Turku şəhərində naməlum şəxsin insanların üzərinə bıçaqla hücum etməsi nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. 

"Report" NTV-yə istinadən xəbər verir ki, bu barədə STT xəbər agenliyi məlumat yayıb. 


*** 18:08

Bakı. 18 avqust. REPORT.AZ/ Finlandiyada naməlum şəxs insanların üzərinə bıçaqla hücum edib. 

"Report" NTV-yə istinadən xəbər verir ki, hadisə ölkənin qərbindəki Turku şəhərində qeydə alınıb. 

Məlumatda xeyli sayda adamın yaralandığı bildirilir. 

Polis hücum edən şəxsi yaralayaraq ələ keçirib. 

"The Turun Sanomat" qəzeti hücumda bir nəfərin öldüyünü yazıb. 

Son xəbərlər

Orphus sistemi