Finlandiyada daha 5 nəfər koronavirusdan öldü

Finlandiyada daha 5 nəfər koronavirusdan öldü Finlandiyada son sutkada daha 97 yoluxma halı qeydə alınıb.
Digər ölkələr
14 Aprel , 2020 17:50
Finlandiyada daha 5 nəfər koronavirusdan öldü

Finlandiyada son sutkada daha 97 yoluxma halı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Finlandiya Milli Səhiyyə və Sosial İnkişaf İnstitutu yayıb.

Bildirilib ki, son sutkada daha 5 nəfər ölüb. Bununla da ölkə üzrə ölənlərin sayı 64-ə, yoluxanların sayı isə 3 161-ə çatıb.

Yoluxma hadisəsi daha çox ölkə paytaxtı Helsinki ətrafında (1 987 nəfər) baş verib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 946 000-i ötüb. Bunların 460 111 nəfəri sağalıb, 121 704 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi