Finlandiya yeddi ölkədən səyahətçilərin gəlişini məhdudlaşdırıb

Finlandiya yeddi ölkədən səyahətçilərin gəlişini məhdudlaşdırıb Finlandiya Afrikanın cənubunda ortaya çıxan COVID-19 infeksiyasının Nu ştamına (Omicron) görə 7 ölkədən səyahətçilərin gəlişini məhdudlaşdırıb.
Digər ölkələr
29 Noyabr , 2021 01:44
Finlandiya yeddi ölkədən səyahətçilərin gəlişini məhdudlaşdırıb

Finlandiya Afrikanın cənubunda ortaya çıxan COVID-19 infeksiyasının Nu ştamına (Omicron) görə 7 ölkədən səyahətçilərin gəlişini məhdudlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 28-dən Finlandiya son 14 gündə Botsvana, Esvatini, Cənubi Afrika, Lesoto, Mozambik, Namibiya və ya Zimbabvedə olmuş səyahətçilərin ölkəyə girişini məhdudlaşdıracaq.

Dekabrın 19-dək qüvvədə olacaq məhdudiyyətlər Finlandiya vətəndaşlarına və bu ölkədə daimi yaşayan şəxslərə şamil edilməyəcək.

Son xəbərlər

Orphus sistemi