Finlandiya prezidenti mayın 9-da Moskvaya getməkdən imtina edib

Finlandiya prezidenti mayın 9-da Moskvaya getməkdən imtina edib İmtinaya səbəb "Ukrayna münaqişəsi" göstərilib
Digər ölkələr
26 Mart , 2015 00:00
Finlandiya prezidenti mayın 9-da Moskvaya getməkdən imtina edib

Bakı. 26 mart. REPORT.AZ/ Finlandiya prezidenti Sauli Niiniste 9 May tarixində Moskvada keçiriləcək II Dünya müharibəsində qazanılan qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda iştirakdan imtina edib.

"Report" xəbər verir ki, bu barədə dövlət başçısının Dəftərxanası məlumat yayıb.

TASS xəbər verir ki, iştirakdan imtinaya səbəb kimi "Ukrayna münaqişəsi və onunla bağlı beynəlxalq vəziyyət" göstərilib.

Moskvaya getməkdən Polşa, Litva, Latviya və Estoniya prezidentləri də imtina ediblər.

Amerika lideri Barak Obama, həmçinin mayın 9-da Rusiyaya getməyəcək. Britaniya baş naziri Devid Kemeronun Dəftərxanası da, baş nazirin Moskvaya getməyəcəyini xəbər verib. Fransa prezidenti Fransua Olland isə tədbirdə iştirak ilə bağlı yekun qərarını açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi