Finlandiya NATO-ya üzvlüklə bağlı qərarını yaxn günlərdə verəcək

Finlandiya NATO-ya üzvlüklə bağlı qərarını yaxn günlərdə verəcək Finlandiya NATO-ya üzvlüklə bağlı qərarını yazda verəcək.
Digər ölkələr
3 aprel 2022 03:11
Finlandiya NATO-ya üzvlüklə bağlı qərarını yaxn günlərdə verəcək

Finlandiya NATO-ya üzvlüklə bağlı qərarını yaxın günlərdə verəcək.

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sanna Marin bildirib.

Hökumət başçısı sosial-demokratların qurultayında çıxış edərək Finlandiyanın hərbi neytrallığa dair mövqeyinə yenidən baxmağa çağırıb.

Marin NATO-ya üzvlük məsələsinin tezliklə həllinə çağırıb.

“Rusiya bizim təsəvvür etdiyimiz qonşu olmadı”, - Baş nazir bildirib. O əlavə edib ki, Finlandiya həm alyansa qoşulmağın, həm də ondan çıxmağın nəticələrinə hazır olmalıdır.

Yeri gəlmişkən, NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyaya alyansa qoşulma prosesinin sürətli olacağını vəd edib.

Son xəbərlər

Orphus sistemi