Finlandiya Avrozonadan çıxışını müzakirə etmək niyyətindədir

Finlandiya Avrozonadan çıxışını müzakirə etmək niyyətindədir Finlandiyanın Avrozonadan çıxışı barədə petisiya ölkə parlamentinə təqdim olunub
Digər ölkələr
11 Mart , 2016 11:20
Finlandiya Avrozonadan çıxışını müzakirə etmək niyyətindədir

Bakı. 11 mart. REPORT.AZ/ Avropa Parlamentinin deputatı Paavo Vyayuryunen Finlandiyanın Avrozonadan çıxışı barədə vətəndaş təşəbbüsü petisiyasını ölkə parlamentinə təqdim edib.

"Report" Finlandiya KİV-inə istinadən xəbər verir ki, vətəndaş təşəbbüsü təxminən 53 min imza toplayıb.

Vyayuryunenin sözlərinə görə, Avrozonadan çıxmaq ideyası hazırda çox məşhurdur və ölkə əhalisinin demək olar yarısı bu mövzu ilə əlaqədar referendum keçirilməsinin lehinədir.

Avrodeputat hesab edir ki, iqtisadi artıma nail olmaq və öz iqtisadi müstəqilliyini təmin etmək üçün Finlandiya Avrozonanı tərk etməlidir.

Finlandiya parlamentinin spikeri Maria Lohela bu məsələnin ölkənin ali qanunverici orqanına baxılması üçün təqdim olunacağını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi