Finlandiya ATƏT-in dağılmasını istisna etmir

Finlandiya ATƏT-in dağılmasını istisna etmir “Rusiya və Belarusun Estoniyanın sədrliyini təsdiq etmək istəməməsi səbəbindən ATƏT dağıla bilər”.
Digər ölkələr
29 May , 2023 04:19
Finlandiya ATƏT-in dağılmasını istisna etmir

“Rusiya və Belarusun Estoniyanın sədrliyini təsdiq etmək istəməməsi səbəbindən ATƏT dağıla bilər”.

“Report” xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Pekka Haavisto bildirib.

“Əgər 2024-cü ildə sədr olmazsa və bu məsələdə konsensus yoxdursa, gələn il ATƏT-in bir təşkilat kimi məhv edilməsi ili olacaq”, - deyə Haavisto bildirib.

Qeyd edək ki, təşkilatın nizamnaməsinə əsasən, üzv ölkələr arasında rotasiya ilə seçilən sədrlik 57 üzv dövlətin hamısı tərəfindən təsdiqlənməlidir.

Lakin bu il Rusiya və Belarus Estoniyanın gələn il sədrliyə namizədliyini dəstəkləməyib və Estoniya özü də namizədliyindən imtina etmək istəmir.

Son xəbərlər

Orphus sistemi