Yuxarı

"Financial Times": Putin Əsədə istefaya getməyi təklif edib

Nəşrin məlumatına görə, Putinin istefa təklifini çatdırmaq üçün Dəməşqə Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Serqun yollanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Bəşşar Əsədə istefaya getməyi təklif edib.

"Report" "Financial Times" nəşrinə istinadən xəbər verir ki, Putinin istefa təklifini çatdırmaq üçün Dəməşqə Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Serqun yollanıb. Nəşrin məlumatına görə, Əsəd bu təklifdən yaman qəzəblənib və istefa verməkdən imtina edib.

"Financial Times"dəki xəbərdə Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Serqunun Dəməşqə ölümündən bir neçə həftə əvvəl yollandığı vurğulanır. Xatırladaq ki, Kreml idarə rəisinin ölümünü yanvarın 4-də elan edib.

Rusiya Müdafiə Nazirliyi məsələylə bağlı şərh verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi