"Financial Times"ın əməkdaşını timsah parçalayıb

"Financial Times"ın əməkdaşını timsah parçalayıb Xilasedicilər onun sağ qalacağına əmin deyillər
Digər ölkələr
15 Sentyabr , 2017 03:50
Financial Timesın əməkdaşını timsah parçalayıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Şri-Lanka cəngəlliklərində "Financial Times"ın jurnalisti Pol Makkleynin axtarışları gedir.

"Report" xəbər verir ki, bu barədə "The Daily Mail" nəşrinin məlumatında bildirilir.

İnsident Timsah dağı körfəzi ərazisində baş verib. İlkin məlumatlara görə, Amerika nəşrinin sörfinqlə ciddi maraqlanan müxbiri əllərini yumaq üçün tualetə gedən zaman itkin düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, onu timsah aparıb. Onlar müxbirin kömək çağırdığını eşidiblər.

Jurnalistin tanışları və xilasedicilər timsahın Makkleynin cəsədini göldə gizlətdiyini və onu xilas etməyin mümkün olmayacağını düşünürlər.

Son xəbərlər

Orphus sistemi