​Filippində qasırğa nəticəsində 1,7 milyon nəfər evini tərk edib

​Filippində qasırğa nəticəsində 1,7 milyon nəfər evini tərk edib Təbii fəlakət qurbanlarının sayı 45 nəfərə çatıb
Digər ölkələr
24 Dekabr , 2015 04:00
​Filippində qasırğa nəticəsində 1,7 milyon nəfər evini tərk edib

Bakı. 24 dekabr. REPORT.AZ/ Filippində davam edən "Melor" qasırğası 1,7 milyon insanın evini tərk etməsinə səbəb olub.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində azı 400 min ev dağılıb.

Xəbərdə bildirilib ki, ötən həftə başlayan qasırğa qurbanlarının sayı 45 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi