Partiya sədri: Makron üçüncü müddətə seçilə bilmək üçün müharibə istəyir

Partiya sədri: Makron üçüncü müddətə seçilə bilmək üçün müharibə istəyir Fransa Prezidenti Emmanuel Makron müharibəni həm də üçüncü müddətə seçilə bilmək imkanını təmin etmək üçün istəyir.
Digər ölkələr
19 fevral 2025 13:44
Partiya sədri: Makron üçüncü müddətə seçilə bilmək üçün müharibə istəyir

Fransa prezidenti Emmanuel Makron müharibəni həm də üçüncü müddətə seçilə bilmək imkanını təmin etmək üçün istəyir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo bildirib.

Onun sözlərinə görə, Makron Fransanı dialoq, sülh və rifahdan təcrid edib.

"O, bizi inkişafdan, sülhdən, dialoqdan və rifahdan təcrid edib, sonra isə siyasi partiyalara bunu müzakirə etməyi təklif edib. Əlbəttə ki, o müharibə aparmaq istəyir. Bunun bir çox səbəbi var, xüsusilə də xaosda üçüncü müddəti əsaslandırmaq üçün", - partiya lideri qeyd edib.

O xatırladıb ki, Rusiya və ABŞ münasibətlərinin yaxşılaşmağa başladığını elan etdikdən dərhal sonra Makron Rusiyanı "ekzistensial təhdid" adlandırıb.

Filippo qeyd edib ki, Makronla görüşdə iştirak etməyə razılıq verən siyasi partiyalar "bu dəliliyin və olduqca təhlükəli ssenarinin" iştirakçılarına çevriləcək.

Xatırladaq ki, ötən gün Makronun təşəbbüsü ilə Parisdə bir sıra Avropa liderlərinin Ukrayna ilə bağlı qeyri-rəsmi sammiti keçirilib. Görüş heç bir yekun bəyanat verilmədən başa çatıb.

KİV-in məlumatına görə, Avropa dövlət başçıları sammitdə mübahisə ediblər və öz silahlı qüvvələrini Ukraynaya göndərməyə razılıq verməyiblər.

Son xəbərlər

Orphus sistemi