Filippinli nazir yenidən koronavirusa yoluxdu

Filippinli nazir yenidən koronavirusa yoluxdu Filippinin Daxili İşlər naziri Eduardo Anyo yenidən koronavirusa yenidən yoluxub.
Digər ölkələr
16 Avqust , 2020 08:50
Filippinli nazir yenidən koronavirusa yoluxdu
Eduardo Anyo

Filippinin Daxili İşlər naziri Eduardo Anyo yenidən koronavirusa yenidən yoluxub.

"Report" "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Filippinli nazirin özü açıqlama verib.

Bildirilir ki, 58 yaşlı nazirdə ilk dəfə mart ayında COVID-19 aşkarlandı və müalicə aldı.

 "Avqustun 13-də özümdə boğaz ağrısı və bədən ağrıları hiss etdim. Sabahı gün isə analiz verdim. Təəssüflər olsun ki, COVID-19-dan verdiyim analizlər müsbət çıxdı" - deyə Anyo bildirib.

Hazırda Filippinli nazir həkim nəzarəti altındadır. 

Qeyd edək ki, aprelin əvvəlində ölkənin Təhsil naziri Leonor Brionesdə, iyulda isə Nəqliyyat naziri Mark Villarda koronavirus tapılmışdı. 

Son xəbərlər

Orphus sistemi