Yuxarı

​Filippinin ən böyük adasında sel təhlükəsi elan olunub

Sinoptiklərin məlumatına görə bir neçə gün davam edəcək güclü yağışlar, sərt küləklə müşayiət olunacaq

Bakı. 18 iyul.  REPORT.AZ/ Filippinin paytaxtı Manilanın və əhalinin ən sıx olduğu Keson şəhərinin yerləşdiyi Luson adasında sel və uçqun təhlükəsi elan olunub.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Atmosfer, Geofizika və Astronomiya xidmətindən bildirilib.

Sinoptiklərin məlumatına görə bir neçə gün davam edəcək güclü yağışlar, sərt küləklə müşayiət olunacaq. Buna görə də bütün gəmilərə limanlarda qalmaq tövsiyə olunub.

Bir həftə əvvəl Filippinin bəzi ərazilərində baş verən sel nəticəsində azı 30 nəfərin həlak olduğu və bir neçə nəfərin hələ də itkin düşdüyü bildirilir.

Minlərlə yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Manila və bir neçə digər böyük şəhərlərdə bütün həftə boyu məktəblər bağlanıb, bir çox küçə və prospektlər su altında qalıb, nəqliyyatın işində əngəllər yaranmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi