Yuxarı
    Bağlamaq

    Filippinin cənubunda tətbiq olunan hərbi vəziyyət rejiminin müddəti uzadılıb

    Ölkə parlamenti bununla bağlı qərar qəbul edib

    Bakı. 22 iyul. REPORT.AZ/ Filippin parlamenti ölkənin cənubunda hərbi vəziyyət müddətinin uzadılması haqqında qərar qəbul edib. 

    "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı layihəni parlamentə ölkə prezidenti Rodriqo Duterte təqdim edib.  

    Qərara əsasən, Filippinin cənubunda hərbi vəziyyət rejimi 2017-ci ilin sonuna kimi uzadılıb.

    Xatırladaq ki, hazırda Filippin ordusu ölkənin cənubunda fəaliyyət göstərən terrorçu təşkilatlara qarşı genişmiqyaslı əməliyyatlar keçirir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi