Yuxarı
    Bağlamaq

    Filippinin cənubunda hərbi vəziyyət bir il davam edə bilər

    Bunu ölkə prezidenti Rodriqo Duterte deyib

    Bakı. 24 may. REPORT.AZ/ Filippin prezidenti Rodriqo Duterte bildirib ki, ölkənin cənubunda yerləşən Mindanao əyalətindəki hərbi vəziyyət bir il davam edə bilər.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Frans Press" məlumat yayıb.

    Duterte çərşənbə günü axşam ordunun İŞİD-i dəstəkləyən qruplaşma ilə silahlı toqquşmasından sonra ölkənin cənubunda hərbi vəziyyət rejimi tətbiq edib.

    O, Rusiya lideri Vladimir Putin ilə görüşünün əvvəlində toqquşmalar səbəbindən Filippinə qayıtmalı olduğunu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi