Filippində zəlzələdə həlak olanların sayı artıb

Filippində zəlzələdə həlak olanların sayı artıb Filippinin Luson adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 16-ya çatıb.
Digər ölkələr
23 Aprel , 2019 13:19
Filippində zəlzələdə həlak olanların sayı artıb

Filippinin Luson adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 16-ya çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətlər Risqini Azaltmaq və İdarəetmək Şurası məlumat yayıb.

Bildirilib ki, adanın orta bölgəsindəki Pampanqa və Zambales əyalətlərində təbii fəlakət nəticəsində 81 nəfərin zərər çəkib, daha 14 nəfər itkin düşüb.

Xatırladaq ki, aprelin 22-də Luson adasında baş verən və paytaxt Manilada da hiss olunan 6,2 maqnitudalı zəlzələ nəticəsində  binalara və yollara ziyan dəyib, bəzi tikililərdə isə çatlar əmələ gəlib.

Bu gün isə Samar adasında 6,5 maqnitudalı daha bir zəlzələ baş verib. ABŞ Geologiya Xidmətinin açıqlamasına görə, mərkəz ocağının San Xuan şəhəri yaxınlığında 10 kilometrlik dərinlikdə yerləşdiyi zəlzələdə ölən və ya xəsarət alanlar haqqında məlumat daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi