Filippinin paytaxtı Maniladan cənub-qərbdə yerləşən Kavite əyalətindəki Bakur şəhərində əhalinin sıx yaşadığı ərazidə baş verən yanğın dörd nəfərin ölümü ilə nəticələnib.
"Report" Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə şəhər yanğınsöndürmə idarəsi məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında başlayan yanğından həmin ərazidə yaşayan 80-dən çox ailə zərər çəkib.
Dar döngələr yanğınsöndürmə işlərinə əngəl törətdiyindən, bu prosesə 3 saatadək vaxt sərf olunub.