Filippində torpaq sürüşməsi nəticəsində 30 şaxtaçı həlak olub

Filippində torpaq sürüşməsi nəticəsində 30 şaxtaçı həlak olub Bakı. 16 sentyabr. REPORT.AZ/ Filippinin Kordilyer inzibati regionunda Manqhut qasırğasının səbəb olduğu torpaq sürüşməsi nəticəsində 30 şaxtaçı həlak olub.
Digər ölkələr
16 Sentyabr , 2018 15:45
Filippində torpaq sürüşməsi nəticəsində 30 şaxtaçı həlak olub

Bakı. 16 sentyabr. REPORT.AZ/ Filippinin Kordilyer inzibati regionunda "Manqhut" qasırğasının səbəb olduğu torpaq sürüşməsi nəticəsində 30 şaxtaçı həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, xilasedicilər ölkənin şimalındakı Benqet vilayətində bağlı qalmış tuneldən 30 mədənçinin cəsədini çıxarıblar.

Torpaq sürüşməsi nəticəsində həmçinin daha 13 nəfər itkin düşüb. Hazırda həmin şaxtaçıların axtarışı əməliyyatı davam edir.

Bununla da "Manqhut" qasırğası qurbanlarının sayı 59 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi