Filippində təyyarə qəzası nəticəsində ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB

Filippində təyyarə qəzası nəticəsində ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB Filippində kiçik təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
Digər ölkələr
1 Sentyabr , 2019 20:58
Filippində təyyarə qəzası nəticəsində ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB

Filippində kiçik təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

“Report” "CNN Philippines"ə istinadən xəbər verir ki, təyyarədə elə o qədər adam olub.

Bildirilir ki, qəza nəticəsində iki nəfər təyyarənin hissələrinin kənara sıçraması nəticəsində xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Teleşirkətin məlumatına görə, hadisə zamanı ərazidəki binaya ziyan dəyib.

Daha əvvəl 7 nəfərin öldüyü bildirilirdi.


***17:50

Bu gün Filippində kiçik təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli mətbuata istinadən məlumat yayıb.

Qeyd olunub ki, qəza nəticəsində azı yeddi nəfər ölüb.

Təyyarə qəzası Kalamba şəhəri yaxınlığında yerləşən Pansol yaşayış məntəqəsində baş verib. Hadisə yerinə xilasedicilər və qəza araşdırma komissiyası cəlb edilib.

Qəzanın səbəbi məlum deyil. Fakt üzrə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi