Filippində şou zamanı baş verən partlayışda konqresmen və mer xəsarət alıb

Filippində şou zamanı baş verən partlayışda konqresmen və mer xəsarət alıb Bakı. 25 yanvar. REPORT.AZ/ Filippinin Abra əyalətində qumbaranın partlaması nəticəsində iki polis ölüb.
Digər ölkələr
25 yanvar 2018 08:07
Filippində şou zamanı baş verən partlayışda konqresmen və mer xəsarət alıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Filippinin Abra əyalətində qumbaranın partlaması nəticəsində iki polis ölüb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə zamanı La Pas şəhərinin konqresmeni və meri də xəsarət alıb.

Partlayış şəhər meri və Abra vilayətinin nümayəndəsi Cozef Bernosla həyat yoldaşının iştirak etdiyi atəşfəşanlıq şousunda baş verib.

Hadisə nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşlarından ikisi aldıqları yaralardan xəstəxanada keçinib. Daha bir neçə nəfər, o cümlədən polis məmurları tibb məntəqələrində qalır. Konqresmen və həyat yoldaşı yüngül xəsarət alıblar.

Partlayışın ardından polis bir nəfəri saxlayıb.

Son xəbərlər

Orphus sistemi