Filippində insanları girov götürən şəxs polisə təslim oldu - YENİLƏNİB

Filippində insanları girov götürən şəxs polisə təslim oldu - YENİLƏNİB Filippinin paytaxtı Maniladakı ticarət mərkəzində onlarla insanı girov götürən silahlı şəxs polisə təslim olub.
Digər ölkələr
2 mart 2020 13:11

Filippinin paytaxtı Maniladakı ticarət mərkəzində onlarla insanı girov götürən silahlı şəxs polisə təslim olub.

“Report” xəbər verir ki, bu barədə “Manila Bulletin News” qəzeti məlumat yayıb.

Silahlı kişinin beş saat ərzində girov saxladığı 30-a yaxın insan da azad edilib.

Daily Sabah
Daily Sabah

***10:49

Filippinin paytaxtı Manilada silahlı kişi 30-a yaxın insanı girov götürüb, polis onunla danışıqlar aparır.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Hadisə ticarət mərkəzində baş verib. KİV-də yayılan məlumata görə, hücum edən şəxs ticarət mərkəzinin keçmiş mühafizəçisi, girov götürülənlərin demək olar hamısı isə işçilərdir.

Yerli ABS CBN kanalı şəhər merinə istinadən bir nəfərin yaralandığını, onun xəstəxanaya çatdırıldığını xəbər verib.


Son xəbərlər

Orphus sistemi