​Filippində sərnişin gəmisi yanıb, 544 nəfər təxliyə edilib

​Filippində sərnişin gəmisi yanıb, 544 nəfər təxliyə edilib İki heyət üzvü xəsarət alıb
Digər ölkələr
15 Avqust , 2015 08:32
​Filippində sərnişin gəmisi yanıb, 544 nəfər təxliyə edilib

Bakı. 15 Avqust. REPORT.AZ/ Filippinin Ormok şəhərində adalar arasında sərnişindaşıma üçün nəzərdə tutulmuş "Wonderful Stars" bərəsi yanıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, gəmidə olan 544 sərnişinin hamısı uğurla təxliyə edilib.

59 nəfərdən ibarət heyət üzvündən ikisi cüzi xəsarət alıb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Son xəbərlər

Orphus sistemi