Filippində sel və daşqınlar 90 nəfərə qədər insanın ölümünə səbəb olub

Filippində sel və daşqınlar 90 nəfərə qədər insanın ölümünə səbəb olub Fırtınadan 270 mindən çox insan əziyyət çəkib
Digər ölkələr
23 Dekabr , 2017 09:43
Filippində sel və daşqınlar 90 nəfərə qədər insanın ölümünə səbəb olub
AFP 2017 / Jay Directo

Bakı. 23 dekabr. REPORT.AZ/ Filippində baş verən sel və daşqınlar, təxminən, 90 nəfərin ölümü ilə nəticələnib.

"Report" "Sinhua"ya istinadən xəbər verir ki, daşqınlara və sürüşmələrə səbəb olan fırtınadan 270 mindən çox insan əziyyət çəkib.

Ölkə ərazisində 44 min nəfərə sığınacaq ola biləcək 608 evakuasiya mərkəzi açılıb. Əlverişsiz hava şəraiti ən çox Filippinin Biliran vilayətinə zərər vurub.

Son xəbərlər

Orphus sistemi