Yuxarı
    Bağlamaq

    Filippində daşqın qurbanlarının sayı 35-ə çatıb

    Filippin prezidenti Beniqno Akino ölkədə milli fəlakət vəziyyəti elan edib

    Bakı. 19 dekabr. REPORT.AZ/ Filippində leysan yağışlarının səbəb olduğu daşqın nəticəsində qurbanların sayı 35-ə çatıb.

    Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.

    Pis hava şəraiti ilə bağlı prezident Beniqno Akino ölkədə "milli fəlakət" vəziyyəti elan edib.

    Ən çox zərər arxipelaqın cənubunda yerləşən Mundanao adasına, eləcə də Visay adalarına dəyib.

    Leysan yağışlarına bu həftənin əvvəlində Filippində başlayan "Nona" qasırğası səbəb olub. Daşqın təhlükəsinə görə, ölkənin mərkəzi rayonlarında yaşayan ən azı 800 min. sakin təxliyyə olunub. Bundan başqa, bir çox rayonlarda elektrik cərəyanı kəsilib, milyonlarla insan işıqsız qalıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi