Yuxarı

Filippində şəhər parkında baş verən partlayışda 10 nəfər ölüb, 20-dən çox insan yaralanıb

Partlayış boks matçı zamanı baş verib

Bakı. 29 dekabr. REPORT.AZ/ Filippinin Leyte adasında yerləşən Hilonqos şəhərindəki parkda partlayış olub.

"Report " xarici KİV-ə istinadən xəbər verir ki, partlayış illik katolik festivalı çərçivəsində reallaşan boks matçı zamanı baş verib.

Filippinin Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, hadisə nəticəsində azı 10 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Bəzi şahidlərin sözlərinə görə, iki partlayış olub: biri matçın qalibi elan olunarkən, digəri bir neçə saniyə sonra.

Partlayışların uzaqdan idarə olunan bombalar vasitəsilə həyata keçirildiyi güman edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi