Yuxarı

Filippində radikalların hücumu nəticəsində 9 nəfər ölüb

Hökumət ordusu Banqsamoro İslam Qurtuluş əsgərləri hərəkatının 4 üzvünü məhv edib

Bakı. 26 dekabr. REPORT.AZ/ Filippinin cənubunda radikalların həyata keçirdiyi terror aktları nəticəsində 9 nəfər ölüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, terror hücumu "Banqsamoro İslam Qurtuluş əsgərləri" hərəkatının yaraqlıları tərəfindən edilib.

Hökumət rəsmisi Miriam Ferrerin sözlərinə görə, yaraqlıların Mindanao adasındakı Sultan Kudarat vilayətində fermerlərin yaşadığı qəsəbəyə hücumu zamanı 7 nəfər ölüb. Eyni zamanda, daha bir neçə nəfər əsir götürülsə də, sonradan ordunun əsgərləri onları xilas edib.

Şimali Kotabato əyalətində isə yaraqlıların kilsəyə hücumu nəticəsində 2 dinc sakin öldürülüb.

Məlumata görə, hökumət ordusu "Banqsamoro İslam Qurtuluş əsgərləri" hərəkatının 4 üzvünü məhv edə bilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi