Filippində qumbara partlamasından polis məmuru ölüb, 11 nəfər yaralanıb

Filippində qumbara partlamasından polis məmuru ölüb, 11 nəfər yaralanıb Filippinin cənubundakı Şərqi Misamis əyalətində qumbara partlaması nəticəsində azı 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Digər ölkələr
28 Noyabr , 2019 11:06
Filippində qumbara partlamasından polis məmuru ölüb, 11 nəfər yaralanıb

Filippinin cənubundakı Şərqi Misamis əyalətində qumbara partlaması nəticəsində azı 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Yerli hökumət orqanlarının məlumatına görə, partlayış kolleclərdən birinin ərazisində baş verib. Hücum zamanı bir polis məmuru ölüb.

Yaralılar xəstəxanaya çatdırılıblar. 

Hadisənin başvermə şəraitinin müəyyən edilməsi üzrə istintaq tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi