Filippində qasırğa 30-dan çox insanın ölümünə səbəb olub

Filippində qasırğa 30-dan çox insanın ölümünə səbəb olub Filippində güclü "Paradise" qasırğası azı 31 nəfərin həyatına son qoyub.
Digər ölkələr
18 Dekabr , 2021 20:13
Filippində qasırğa 30-dan çox insanın ölümünə səbəb olub

Filippində güclü "Paradise" qasırğası azı 33 nəfərin həyatına son qoyub.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yerli hakimiyyət orqanları ölənlərin sayı ilə bağlı məlumatların hələ də dəqiqləşdiriləcəyini bildirir.

Qasırğanın ilk zərbəsini alan Siarqao adasında vəziyyət xüsusilə pisdir. Adaya dəymiş ziyan 400 milyon ABŞ dolları olaraq qiymətləndirilir.

Bir çox yaşayış məntəqələri ilə hələlik əlaqə olmadığından təcili yardım xidmətləri ölümlərin daha çox olacağını istisna etmir. Dağıntı səbəbindən adalarda bəzi xəstəxanalar işləmir və yaralıları qəbul edə bilmir.

Bundan əlavə, adalarda sərnişin və yük daşımaları pozulub.

Son xəbərlər

Orphus sistemi