Filippində məsciddə partlayış baş verib

Filippində məsciddə partlayış baş verib Bakı. 30 yanvar. REPORT.AZ/ Filippinin Mindanao adasındakı Zamboanqa şəhərində yerləşən məsciddə qumbaranın partlaması nəticəsində azı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Digər ölkələr
30 yanvar 2019 01:39
Filippində məsciddə partlayış baş verib

Bakı. 30 yanvar. REPORT.AZ/ Filippinin Mindanao adasındakı Zamboanqa şəhərində yerləşən məsciddə qumbaranın partlaması nəticəsində azı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü yerli polisə istinadən "Rappler" portalı məlumat yayıb.

Bildirilir ki, naməlum şəxs müsəlman dini liderləri məsciddə olan zaman binaya qumbara atıb. Bütün yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat yoxdur.

Hadisənin digər təfərrüatları məlum deyil.

Son xəbərlər

Orphus sistemi