Filippində koronavirusun yeni növü aşkarlanıb

Filippində koronavirusun yeni növü aşkarlanıb Filippin hökuməti bu gün ölkə ərazisində koronavirusun yeni növünün aşkarlandığını təsdiqləyib
Digər ölkələr
108
13 Mart , 2021 11:51
Filippində koronavirusun yeni növü aşkarlanıb

Filippin hökuməti bu gün ölkə ərazisində koronavirusun yeni növünün aşkarlandığını təsdiqləyib.

“Report” ABS-CBN-ə istinadən xəbər verir ki, P.3 adı verilən yeni virusa hazırda 98 nəfərin yoluxması təsdiqlənib.

Bununla yanaşı, Səhiyyə Nazirliyi Braziliyadan qayıtmış bir vətəndaşda adıçəkilən ölkəyə aid koronavirus variantının (P.1) aşkarlandığını təsdiqləyib. Həm P.1, həm də P.3-ün eyni mənşəli olduğu bildirilir. Yeni variantın daha yoluxucu olmasına, mövcud dərmanlara qarşı dayanıqlı olmasına dair hələlik hər hansı dəlil yoxdur.

Eyni zamanda, Yaponiya Səhiyyə Nazirliyi də fevralın 25-də Filippindən gəlmiş bir nəfərdə koronavirusun yeni variantı aşkarlandığını bildirib. Açıqlamaya görə, Böyük Britaniyada, Cənubi Afrika Respublikasında, yaxud Braziliyada aşkarlanmış variantlardan fərqli olan yeni növün eyni dərəcədə təhlükə yaratdığı, zərərsizləşdirici anticisimlərə qarşı daha dayanıqlı ola biləcəyi güman olunur.

Səhiyyə Nazirliyinə və Milli Yoluxucu Xəstəliklər İnstitutuna görə, yeni varianta yoluxmalar Filipinlərin orta bölgəsində yanvar ayının sonundan qeydə alınmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi