Yuxarı
    Bağlamaq

    Filippində İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum ediblər

    Hələlik hüquq-mühafizə orqanları yaralananlar və ya ölənlərin olub-olmaması barəsində ətraflı məlumat vermir

    Bakı. 21 iyun. REPORT.AZ/ Filippində İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum ediblər.

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda baş verib.

    Hələlik hüquq-mühafizə orqanları hücum zamanı yaralananlar və ya ölənlərin olub-olmaması barəsində ətraflı məlumat verməyib. 

    Bundan əvvəl isə məlum olub ki, ABŞ-ın xüsusi təyinatlıları Filippinin silahlı qüvvələrinə İŞİD-lə əlaqəsi olan silahlıların ələ keçirdiyi Maravi şəhərini azad etməyə kömək edib. Filippinin hökumət qüvvələrinin terrorçularla döyüşü 1 ay davam edib. Bu müddət ərzində 257 terrorçu zərərsizləşdirilib. Eyni zamanda 62 hərbçi və 26 dinc sakin həlak olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi