Filippində gəminin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 166 nəfər xilas edilib - YENİLƏNİB

Filippində gəminin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 166 nəfər xilas edilib - YENİLƏNİB İtkin düşən digər şəxslərin axtarışları davam edir
Digər ölkələr
21 Dekabr , 2017 14:28
Filippində gəminin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 166 nəfər xilas edilib - YENİLƏNİB

Bakı. 21 dekabr. REPORT.AZ/ Filipində gəmi-bərənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 166 nəfər xilas edilib. 

“Report” xəbər verir ki, bu barədə “CNN Philippines” məlumat yayıb. 

Gəmi-bərənin göyərtəsində 251 sərnişin olub. İtkin düşən digər şəxslərin axtarışları davam edir.  


*** 12:36

Filippində gəmi-bərənin qəzaya uğraması nəticəsində 251 sərnişin itkin düşüb.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizə Xidməti açıqlama yayıb.

Gəmi-bərə ölkə paytaxtı Maniladan 70 km aralıda çevrilib.  

Son xəbərlər

Orphus sistemi