Bakı. 5 İyul. REPORT.AZ/ Filippinin şimalında yerləşən ən azı 11 sahilyanı şəhər güclü tropik "Linfa" fırtınasının təsiri altına düşüb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Qüvvələrinin nümayəndələri məlumat yayıb.
"Bir çox yerlərdə yollar tam olaraq bağlanıb, yaşayış evlərinin bəziləri qismən, bəziləri isə tam olaraq su altında qalıb", - deyə Mülki Müdafiə Regional İdarəsinin rəhbəri Çito Kastro məlumat verib.
Bununla yanaşı, onun sözlərinə görə, hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.
Küləyin gücü saatda 120 km-ə çatdığı fırtına arxipelaqın şimal-qərbinə doğru irəliləyir.


