Filippində "Fanfon" qasırğası nəticəsində 47 nəfər ölüb

Filippində "Fanfon" qasırğası nəticəsində 47 nəfər ölüb Filippində Fanfon qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
30 Dekabr , 2019 06:18
Filippində Fanfon qasırğası nəticəsində 47 nəfər ölüb

Filippində "Fanfon" qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, təbii hadisə nəticəsində 47 nəfər ölüb.

Qeyd edilir ki, qasırğa zamanı daha 9 nəfər itkin düşüb. Məlumata görə, Mimaropa, Qərbi Visayi, Şərqi Visayi, Mərkəzi Visayi, Bikol və Karaqa regionlarında yaşayan 1,6 milyondan çox insan qasırğadan zərər çəkib. Bundan başqa, təbii hadisə nəticəsində 260 mindən çox ev və 90 dövlət müəssisəsinə də zərər dəyib.

Qasırğa ölkənin quru sahilinə dekabrın 24-də çatıb. Son məlumatlara görə, onun hüdudlarında küləyin sürəti təxminən 33 m/san təşkil edir.

Daha əvvəl CNN "Philippines" telekanalı təbii hadisə zamanı 41 nəfərin öldüyünü xəbər verib.

Son xəbərlər

Orphus sistemi