Filippində daha bir zəlzələ qeydə alınıb

Filippində daha bir zəlzələ qeydə alınıb Filippində Mindanao adasının qərb hissəsində 5,5 maqnitudalı yeraltı təkan qeydə alınıb.
Digər ölkələr
23 Yanvar , 2025 10:59
Filippində daha bir zəlzələ qeydə alınıb

Filippində Mindanao adasının qərb hissəsində 5,5 maqnitudalı yeraltı təkan qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 5 min əhalisi olan Siokondan 7 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə olub.

ABŞ Geoloji Xidmətinin qiymətləndirmələrinə görə, zəlzələnin maqnitudası 5,4 olub. Seysmik hadisənin episentri isə adanın sahilləri yaxınlığında Sulu dənizinin akvatoriyasında yerləşib.

Bundan əvvəl Filippində 5,7 maqnitudalı zəlzələ qeydə alınmışdı.

Son xəbərlər

Orphus sistemi