Filippində daha bir şəhər meri qətlə yetirilib

Filippində daha bir şəhər meri qətlə yetirilib Bakı. 6 sentyabr. REPORT.AZ/ Filippində naməlum silahlı şəxslər Sebu vilayətində Ronda şəhərinin meri Mariano Blankonu kabinetində güllələyiblər.
Digər ölkələr
6 sentyabr 2018 11:24
Filippində daha bir şəhər meri qətlə yetirilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Filippində naməlum silahlı şəxslər Sebu vilayətində Ronda şəhərinin meri Mariano Blankonu kabinetində güllələyiblər.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, Filippin polisi faktla bağlı araşdırma aparır, cinayətkarların şəxsiyyəti hələ müəyyənləşdirilməyib.

Bu, son altı ay ərzində Flippində şəhər administrasiyalarının rəhbərlərinin və əməkdaşlarının öldürüldüyü dördüncü haldır.

Xatırladaq ki, Mariano Blanko ölümündən 5 ay öncə analoji tərzdə Ronda şəhər merinin müavini Cona Con Unqab güllələnib. İki ay əvvəl başqa iki şəhərin meri öldürülüb. Tanauan şəhərinin meri Antonio Xalili şəhər administrasiyası qarşısında bayraq qaldırılması mərasimində snayperlə vurulub. Bundan bir neçə gün sonra isə General şəhərinin meri Tinio Ferdinand Bote qətlə yetirilib. O, avtomobilində gedərkən silahlı şəxs motosikletlə yaxınlaşaraq yaxın məsafədən meri güllələyib. 

Son xəbərlər

Orphus sistemi