Yuxarı

Filippində baş vermiş zəlzələdə ölənlərin sayı 8-ə çatıb

Təbii hadisə zamanı 200-dən çox insan xəsarət alıb

Bakı. 12 fevral. REPORT.AZ/ Filippinin cənub vilayətlərində baş vermiş zəlzələdə ölənlərin sayı 8-ə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Məlumatda bildirilir ki, təbii hadisə zamanı 200-dən çox insan xəsarət alıb. Zəlzələ zamanı Suriqao şəhərində mindən çox ev zərər çəkib.

Qeyd edək ki, 6,7 ballıq zəlzələ yerli vaxtla saat 14:03-də baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi