​Filippində baş verən iki partlayış nəticəsində 15 nəfər yaralanıb

​Filippində baş verən iki partlayış nəticəsində 15 nəfər yaralanıb İkinci partlayışda hədəfdə polislər olub
Digər ölkələr
30 May , 2015 11:57
​Filippində baş verən iki partlayış nəticəsində 15 nəfər yaralanıb

Bakı. 30 may. REPORT.AZ/ Filippində polis məntəqələrinin yaxınlığında baş verən iki partlayış nəticəsində 15 nəfər yaralanıb.

"Report" "Sinxua" Agentliyinə istinadən xəbər verir ki, bunu Sulu əyalətinin başçısı Abraham Orbita bildirib.

Naməlum şəxsin atdığı qumbaranın partlaması nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər yaralanıb.

Bundan az sonra həmin rayonda baş verən partlayışda partladıcı qurğunun partlaması nəticəsində isə 10 nəfər xəsarət alıb.

A.Orbitanın sözlərinə görə, ikinci partlayışda hədəfdə polis əməkdaşları olub.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi